29 Dekabr 2021 10:39
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmir rayonunda həmkəndlisini qətlə yetirməkdə təqsirləndirilən Vurğun Mehtiyevin məhkəməsi başlayır.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Aqil Musayevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası yanvarın 11-nə təyin edilib.

İttihama görə, hadisə bu il iyulun 30-da Kürdəmirin Dayıkazımlı kəndində qeydə alınıb.

Kənd sakini Vurğun Aydın oğlu Mehdiyev aralarında yaranan münaqişə zəmnində həmkəndlisi Bəhmən Hümmətovu ov tüfəngi ilə vuraraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.

B.Hümmətovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

İstintaq orqanı tərəfindən Vurğun Mehdiyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər