5 Yanvar 2022 17:02
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocahəsən Sağlamlıq Mərkəzinin sabiq rəhbəri Əliyar Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Eldar İsmayılovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, Əlyar Məmmədov rəhbəri olduğu Xocahəsən Sağlamlıq Mərkəzində yol verdiyi korrupsiya və rüşvətxorluğa görə həbs olunub.

Onun barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkmiş qismində Dövlət Sosial Müdafiə Fondu və Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər