6 May 2014 22:22
869
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 6-da Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə olundu.

Ölkələrimiz arasında energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edildi.


Müəllif: