Qazaxda ana və övladı yol qəzasında xəsarət alıb.
Teleqraf.com xəbər verir ki, hadisə şəhərin "Hərbi şəhərcik" adlanan ərazidə qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində qadın və övladı xəsarət alıb.
Yaralılar xəstəxanaya aparılıblar, vəziyyətləri qənaətbəxş hesab olunur.
Faktla bağlı araşdırmalara başlanılıb.