Bakının Nərimanov rayonunda klinikalarda qadınların çantasından oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinə rayon ərazisindəki 2 klinikada Bakı şəhər sakinləri olan iki qadının çantasından ümumilikdə 970 manat pul, qızıl-zinət əşyaları, bank kartları və sənəd olan pulqabılarının oğurlanması barədə məlumatlar daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş K.Quliyev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.