16 Fevral 2022 14:32
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astarada ağacdan özünü asan şəxslə bağlı cinayət işi açılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

15 fevral 2022-ci ildə Astara rayon Toradi kənd sakini Sovqatov Zaur Məhərrəm oğlunun rayonun Taxtanakəran kəndində yolun kənarında dik yamacda yerləşən vələs ağacından asılmış vəziyyətdə meyiti aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə bütün halların araşdırılması məqsədilə istintaq hərəkətləri həyata keçirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər