28 Mart 2022 12:26
394
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhər Baş polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, Baş İdarənin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitə satmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Sadıqov saxlanılan zaman onun üzərindən külli miqdarda narkotik vasitə olan “heroin” və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Bundan başqa bölmə əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Mahir Musayevdən də narkotik maddə olan “heroin” aşkarlanıb.

Baş İdarənin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə onlayn yolla əcnəbi vətəndaşdan aldığı narkotik vasitəni satmaq istəyən Elvin Abdurəhmanov saxlanılıb. Şübhəli şəxsdən külli miqdarda narkotik maddə olan “heroin” və “metamfetamin” aşkar olunaraq götürülüb.

Narkotik maddə satmaq istəyən digər şəxs İbrahim allahverdiyev saxlanılaraq Nizami rayon Polis İdarəsinə gətirilən zaman isə onun üzərində müxtəlif bükümlərdə narkotik vasitə aşkarlanıb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı cinayət işi başlanılıb.

Araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov