Mehdi Səlimzadə: “Ölkə bələdiyyə seçkilərinə hazırdır”
Bu gün Milli Məclisin (MM) Regional məsələlər komitəsinin toplantısı keçirilib. İclasda çıxış edəm Ədliyyə Nazirliyinin (ƏN) Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadə bildirib ki, qarşıdan gələn növbəti bələdiyyə seçkiləri çox gərgin və maraqlı mübarizə şəraitində keçəcək.
Onun sözlərinə görə, ölkədə bələdiyyələrin fəaliyyəti, bələdiyyələrin ildən-ilə nüfuzu artdıqca, gücləndikcə həmin yerli özünüidarəetmə orqanlarında təmsil olunmaq istəyən insanların da sayı artır:
“Heç təsadüfi deyil ki, hazırda bələdiyyələrdə bir yerə 3 nəfərin namizədliyi qeydə alınb. Ancaq kimlər ki, insanları inandıra biləcəklər, onlar bələdiyyələrə seçiləcək, təmsilçilik hüququ qazanacaqlar. Eyni zamanda, bizim hazırda 5 illik fəaliyyətləri sona çatmaqda olan bələdiyyələrə arzumuz, tapşırığmız odur ki, bütün işləri-maliyyə məsələlərindən tutmuş digər məsələlərəcən onlara aid olan işləri yekunlaşdırsınlar ki, yeni seçiləcək bələdiyyələrə problem yaratmasınlar”.
M. Səlimzadə onu da qeyd edib ki, ölkədə bələdiyyə seçkilərinə ciddi hazırlıq işləri görülür: “Məsələn, əhalinin seçkilərlə bağlı maarifləndirilməsi yönündə işləri Mərkəzi Seçki Komissiyası həyata keçirir. Həmçinin, maddi-texniki təhcizat məsələləri ən müasir standartlara uyğun şəkildə reallaşdırılır. Yəni, demək istəyirəm ki, ölkəmiz növbəti bələdiyyə seçkilərinə hazırdır”.
Nemət