4 May 2022 11:09
1 170
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 4-də saat 04.50-də Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi”nə mobil telefondan zəng edən şəxs “Ağsu rayonunun Ərəbuşağı kəndindəki orta məktəbdə bomba var” deyərək telefonu qapatıb.

Teleqraf.com xəbər verir ki, dərhal Ağsu rayon polis şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və məlumat təsdiqini tapmayıb.

Araşdırmalarla telefon zənginin Ərəbuşağı kənd sakini, ruhi xəstə, 23 yaşlı Füzuli Nizamlı tərəfindən edilməsi müəyyən olunub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər