27 Noyabr 2014 16:31
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatları Moldovada keçiriləcək növbəti parlament seçkilərini müşahidə etmək üçün noyabrın 29-da Kişineu şəhərinə səfər edəcək.

Teleqraf.com xəbər verir ki, parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə MDB Parlament Assambleyasının xətti ilə, deputat Elton Məmmədov GUAM Parlament Assambleyasında nümayəndə heyətimizin rəhbəri, deputat Mirkazım Kazımov isə nümayəndə heyətinin üzvü qismində seçki prosesini izləyəcək.

Millət vəkilləri seçki məntəqələrində olacaq, səsvermənin gedişini müşahidə edəcəklər.

Nemət


Müəllif:

Oxşar xəbərlər