Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Səbail rayon Polis İdarəsinin 41-ci polis bölməsinə mayın 17-i saat 23 radələrində Salyan şossesində yolu keçən Hacıqabul rayon sakini F.Cavadovun avtomobillə vurulması barədə məlumat daxil olub.
Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Ford” markalı avtomobillə törədilməsi müəyyən edilmiş və həmin nəqliyyat vasitəsini idarə edən Kəlbəcər rayon sakini Məzahir Məmmədov saxlanılıb.
Faktla bağlı Səbail rayon Polis İdarəsində araşdırma aparılır.