Türkiyəli və azərbaycanlı deputatlar “Təhsil və əlillik problemi” mövzusunda müzakirələr aparıblar.
Teleqraf.com xəbər verir ki, müzakirələr bu gün Milli Məclisin Sosial siyasət komitəsinin iclasında baş tutub. Müzakirədə komitə sədri Hadi Rəcəbli, sədr müavini Musa Quliyev, Səadət Vəliyeva, Yaqub Mahmudov, Sevinc Hüseynova və Türkiyə Böyük Millət Məclisinin bir qrup deputatları iştirak edib.
Hadi Rəcəbli türkiyəli deputatlara Azərbaycan parlamenti və təmsil etdiyi komitənin gördükləri işlərlə bağlı məlumat verib. Eyni zamanda deputat türk həmkarlarına ölkəmizdəki əlillərin durumu barədə söz açıb. O bildirib ki, həm ölkə prezident tərərindən təmsil etdiyi komitəyə əlillərin sosial durumunu yaxşılaşdırmaq istiqamətində bir sıra qanun layihələri daxil olur.
Daha sonra Türkiyə Beyazay dərnəyinin sədri Lokman Ayva tədbir iştirakçılarını salamlayaraq, Türkiyədəki əlillərin sosial durumu barədə məlumat çatdırıb. O, qeyd edib ki, əlillər üçün əsas olan onlara verilən təhsildir: “Əlillər üçün təhsil mütləqdir. Onların təhsili daha önəmlidir. Çünki onlara təhsil verilməzsə, onların əşyadan heç bir fərqi olmaz”.
Nemət