1 Dekabr 2014 13:33
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 4-da Senatda ABŞ-ın Azərbaycanda yeni səfirinin namizədliyinin təsdiqlənməsi ilə bağlı dinləmələr keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumat Senatın rəsmi saytında yerləşdirilib. ABŞ prezidenti Barak Obama Azərbaycanda yeni səfir postuna energetika üzrə dövlət katibi köməkçisinin birinci müavini Robert Frensis Sekutanın namizədliyini irəli sürüb.

Səfirin namizədliyi əvvəlcə Senatın xarici əlaqələr Komitəsində müzakirə edilib.

Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsi boşdur. Əvvəlki səfir Riçard Morninqstar səlahiyyət müddəti başa çatdıqdan sonra ölkəsinə qayıdıb.

Robert Sekuta ABŞ Dövlət Departamentinin Bürosunda ərzaq təhlükəsizliyi məsələləri üzrə baş məsləhətçi, ABŞ-ın Kabildəki səfirliyində iqtisadi məsələlər üzrə koordinasiya direktorunun birinci müavini vəzifəsində çalışıb.

Sekuta Berlin (2003-2007) və Tokioda (2007-2009) bütün əsas iqtisadi məsələləri üzrə ABŞ hökumətinin fəaliyyətini kurasiya edib. O, Almaniyada ABŞ-ın iqtisadi məsələlər üzrə müşaviri olmaqla yanaşı, terrorizmə və beynəlxalq cinayətkarlığa qarşı mübarizə ilə bağlı çıxışları ilə də yadda qalıb.

Robert Frensis Sekuta Corctaun universitetinin məzunudur. Həmçinin o, Milli Hərbi kollecin və Qlobal Menecmentlik məktəbinin magistr dərəcəsinə malikdir.

Samir


Müəllif:

Oxşar xəbərlər