3 Dekabr 2014 11:23
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Narahatlığımız yoxdur”

Müsavat Partiyası başqanlığına keçmiş namizəd Qubad İbadoğlu və təərfdarları “Azərbaycan Demokratiya və Rifah” (ADR) Hərəkatı təsis ediblər. Hərəkat artıq öz bəyənnaməsini elan edib.

Partiya başqanı Arif Hacılının müavini Elman Fəttah Teleqraf.com-a açıqlamasında yeni hərəkatın yaradılmasına münasibət bildirib. Hələ hərəkatın bəyənnaməsi ilə tanış olmadığını deyən E.Fəttah qeyd edib ki, Müsavat Partiyasından kənarda müsavatçıların QHT yaratması və ya ictimai təsisatlar təyin etmələrinin onlar üçün xüsusi əhəmiyyəti yoxdur: “Bu, ictimai təsisatdır. Müsavat üzvü olan və ya olmayan bütün vətəndaşların hansısa hərəkat yaratmaq hüququ var. Məsələn, mən özüm NİDA Vətəndaş Hərəkatının üzvüyəm. Bizim yeni hərəkatla bağlı hər hansı narahatlığımız yoxdur”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər