Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 150 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin 1 otağında 2 ədəd çarpayı və yataq dəsti yanıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a bildirilib ki, ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.