Vətən müharibəsi qazisi Qismət Əhmədov yol qəzasında dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, hadisə Bakıda baş verib. Verilən məlumata görə, qazi doğulduğu Füzuli rayonunda son mənzilə yola salınıb.
44 günlük Vətən Müharibəsində iştirak edən Qismət Əhmədov "Cəsur döyüşçü" medalı ilə təltif olunmuşdu.
Allah rəhmət eləsin!