2 Sentyabr 2022 11:46
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun Nardarandakı villasının qarşısında etiraz aksiyası keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə fotolar yayılıb.

Etirazçılar vaxtilə MTN tərəfindən saxta ittihamlarla qanunsuz həbs olunduqlarını, yaxınlarından külli miqdarda pul alınandan sonra həbsdən buraxıldıqlarını bildiriblər. Onlar vurulan ziyanın ödənilməsini tələb ediblər.

Aksiya iştirakçıları əllərində “Təhdidlə ailələrimizdən aldığınız pulları qaytarın!”, “Azərbaycan dövlətinə güc göstərməyin, pullarımızı qaytarın!”, “Bizə qarşı cinayətinizi qiyamət də örtməz!” yazılmış plakatlar qaldırıblar.

Etirazçılar Eldar Mahmudovun, sabiq baş prokuror Zakir Qaralov və onun birinci müavini Rüstəm Usubovun məsuliyyətə cəlb olunmasını istəyiblər. Onlar MTN-də ailələrindən alınan pulların böyük bir hissəsinin bu şəxslərə çatdığı iddia ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər