İsmayıllı rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Rayonun Xanagah kənd sakini, 2003-cü il təvəllüdlü Hafiz Nəbiyev şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmkəndlisi, 2007-ci il təvəllüdlü Nihat Fətəliyevə 4 bıçacaq zərbəsi vurub.
Daha sonra yaralı İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hafiz Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı İsmayıllı rayon polis şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, Nihat Fətəliyev Xanagah kənd tam orta məktəbin 10-cu sinif şagirdidir.