5 Oktyabr 13:52
300
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiş Eyrleyns” aviaşirkətinin THY-333 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına - Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıdıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.

Bildirilir ki, aviaşirkətin “Boeing 737” təyyarəsi yerli vaxtı ilə saat 13:00-da Bakı hava limanına uğurla eniş edib.


Müəllif: Teleqraf.com