5 Oktyabr 2022 16:36
427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda elektronika malları satılan mağazada baş verən yanğının geniş miqyas almasının qarşısı mühafizə polisləri tərəfindən alınıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Nəsimi rayonu Füzuli küçəsində yerləşən elektronika malları satılan mağazlardan birindən gecə saatlarında Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən dərhal operativ reaksiya göstərilib. Hadisə yerinə gələn polislər obyektə baxış keçirən zaman mağazanın mobil telefonların satıldığı hissəsində yanğının baş verdiyini müşahidə ediblər. Mühafizə polisləri xüsusi yanğınsöndürmə avadanlıqları vasitəsi ilə alovun qarşısını alaraq daha geniş miqyasda yayılmasına imkan verməyiblər.

Yanğının baş vermə səbəbləri digər dövlət orqanları tərəfindən araşdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər