15 Oktyabr 2022 12:29
453
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza nəticəsində yaranmış fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 10-dan artıq texnikası və 14-ə yaxın nasos gətirilib"

Teleqraf.com xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi general-mayor Füzuli Əsədov deyib.

O bildirib ki, hazırda hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki Müdafiə qoşunlarının şəxsi heyəti cəlb olunub:

"İlk əvvəl məqsədimiz magistral yolun tam açılmasına nail olmaqdır. Bununla bağlı görülən tədbirlər nəticəsində artıq yolda hərəkət qismən təmin olunub".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər