22 Noyabr 2022 16:55
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarında Ağsu-Kürdəmir-Bəhrəmtəpə magistral yolunun İmişli rayonu Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

İmişli rayon sakini X.Bayramov idarə etdiyi “VAZ-21015 ” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Sürücü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.

Avtomobildə olan sərnişin, rayon sakini F.Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və bir neçə saat sonra orada vəfat edib.

Faktla bağlı İmişli rayon polis şöbəsinin istintaq bölməsində cinayət işi açılıb.

Araşdırmalar aparılır.


Müəllif: Hacı Zeynalov