4 Dekabr 2022 09:42
348
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax şəhərində üçmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 36 m² olan mənzilin 1 otağında ev əşyaları 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a bildirilib ki, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com