Goranboy rayonunda keçirilən toy məclisində dava düşüb, bir nəfər bıçaqlanıb.
Teleqraf.com xəbər verir ki, Faxralı kənd sakini 1991-ci il təvəllüdlü Elman Yəhyazadə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Dərhal xəstənin yarası tikilib, vəziyyətinin kafi olduğu bildirilir.
Hadisənin baş vermə səbəbləri araşdırılır.