Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, avtomobil yolu keçən 1983-cü il təvəllüdlü qadını vurub.
Təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılan Zərbəliyeva Rühəngiz Təvəkkül qızına qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.