22 Dekabr 2014 21:06
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yəqin ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Amerikadan olan digər keçmiş həmsədrlərlə görüşü onlardan məlumat əldə etmək məqsədi daşıyıb”. Teleqraf.com-un məlumatına görə, bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyib.

A.Mollazadə bildirib ki, ABŞ-ın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəallaşması müsbət addım kimi dəyərləndirilə bilər.

Onun sözlərinə görə, Ermənistan bu münaqişənin həllində prosesi tam dondurub və bunun inkişafına imkan vermir: “Ümumiyyətlə, bu prosesdə heç bir inkişaf yoxdur. İnkişaf olmadığı təqdirdə isə rəsmi İrəvanı sanksiyalar və təzyiqlərlə sülhə məcbur etmək olardı. Lakin bu istiqamətdə də heç bir addım yoxdur. Zənnimcə, münaqişənin həll edilməməsinin də əsas səbəbi təcavüzkara qarşı sanksiyalardan və təzyiqlərdən istifadə olunmamasıdır”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər