Abşeron rayonunda quşçuluq fabrikində yanğın olub.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, fabrikin ərazisində ümumi sahəsi 1600 m² olan sexin dam örtüyünün taxta atmaları 50 m² sahədə, içərisində avadanlıqlar və yerə səpələnmiş saman yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.