15 Fevral 2023 11:48
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar-fevral aylarında rayonun Mollakənd və Qarabucaq kəndləri ərazisində yerləşən üç mağazadan oğurluq edən üç nəfər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, araşdırmalarla həmin şəxslərin rayon sakinləri Arif Əliyev, Samir Babayev və Mərahim İbrahimov olduqları müəyyən edilib.

Aarılan istintaq zamanı məlum olub ki, həmin şəxslər qabaqcadan əlbir olaraq yanvar ayının sonlarında rayonun Mollakənd kəndi ərazisində yerləşən mağazaların birindən 3000 manat pul, bir ədəd mobil telefon, spirtli içkilər və tütün məmulatları oğurlayaraq mağaza sahibinə 4657 manat, fevral ayında isə rayonun Qarabucaq kəndi ərazisində yerləşən iki mağazadan 11000 manat dəyərində tütün məmulatları, 3025 manat pul, 1000 manat dəyərində danışır kartları və 208 manat dəyərində ərzaq məhsulları oğurlamaqla zərərçəkmişlərə ümumilikdə 15233 manat maddi ziyan vurublar.

Polis əməkdaşları tərəfindən oğurluq yolu əldə olunmuş tütün məmulatlarının və danışıq kartlarının bir qismi həmin şəxslərdən maddi sübut kimi götürülüb.

Faktla bağlı Kürdəmir rayon polis şöbəsinin istintaq bölməsində cinayət işi açılıb.

Araşdırmalar davam etdirilir.

Həmin dəstə üzvlərinin digər analoji cinayət hadisələrində iştiraklarının olub-olmaması araşdırılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər