23 Fevral 2023 09:41
343
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərinin Xətai rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, rayonda tikintisi başa çatmayan çoxmərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan taxta konstruksiyalardan ibarət otaq (işçilərin geyinib-soyunması üçün istifadə olunur) 6 m² sahədə yanıb. Otağın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com