Fevralın 24-də Sabirabad rayon polis şöbəsinə rayonun Moranlı kənd sakini Adil İbadovun müxtəlif dərəcəli xəsarətlər alması ilə əlaqədar Şirvan şəhər Mərkəzi Xəstəxanasına, ayın 25-də isə Bakı şəhəri Respublika kliniki xəstəxanasına yerləşdirilməsi və orada vəfat etməsi ilə bağlı məlumat daxil olub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumatla bağlı Sabirabad rayon polis şöbəsinin və rayon prokurorluğunun əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Adil İbadova xəsarət yetirməkdə şübhəli bilinən oğlu İlkin İbadlı müəyyən edilərək saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, İlkin İbadlı bir neçə gün əvvəl atası ilə aralarında yaranmış mübahisə zəminində sonuncuya taxta parçası ilə baş nahiyəsindən xəsarət yetirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.