13 Mart 2023 14:32
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara rayonunun Maşxan kəndində üzərində xəsarətlər olan qadın meyitnin aşkar olunması barədə məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

İlkin araşdırma zamanı zərərçəkmiş şəxsin 1993-cü il təvəllüdlü Gülşən Qəhrəmanova olması müəyyən edilib.

Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Təfərrüatlar barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, bu gün törədilən ikinci qətl hadisədir.

Belə ki, Gəncə şəhəri ərazisində üzərində xəsarətlər olan qadın meyitnin aşkar olunması barədə bağlı məlumat daxil olub.

İlkin araşdırma zamanı zərərçəkmiş şəxsin 1980-ci il təvəllüdlü Yeganə Hümbətova olması müəyyən edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər