22 Mart 2023 19:18
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədidə ağır avtomobil qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Ağabəyli kəndi ərazisində qeydə alınıb.

Rayon sakini Yadigar Tofiqoğlu idarə etdiyi “VAZ 2107” markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirirərək yol kənarındakı ağaca çırpılıb.

Nəticədə sürücü hadisə yerində ölüb.

Qeyd edək ki, 1987-ci il təvəllüdlü Feyziyev Yadigar Tofiq oğlu tanınmış qarmon ifaçısı olub.


Müəllif: Teleqraf.com