27 Mart 2023 12:00
349
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda kafe sahibi hədələnib, ondan külli miqdarda pul tələb olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, martın 25-də saat 22 radələrində Nəsimi rayonu ərazisində yerləşən kafelərin birində oranın sahibinin başına dəmir parçası ilə xəsarət yetirilib, azyaşlı oğlu zirzəmiyə gətirilərək stula bağlanıb, bıçaqla hədələnib, azyaşlının atasından 200.000 manat verilməsi tələb olunub və sonradan 20.000 manat müqabilində razılaşma əldə edilib.

Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Cəlilabad rayon sakini Sakit Əlişov və Qəbələ rayon sakini Şahin Quliyev müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanılıb.

Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər