Xaçmaz rayonunun Hacıisaoba kənd sakini 1965-ci il təvəllüdlü Əmirquluyev İslam Cabir oğlu yaşadığı ərazidə özünü asıb.
Teleqraf.com xəbər verir ki, onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
İntiharın səbəbi hələ məlum deyil.
Hadisə ilə bağlı araşdırma aparılır.