13 Aprel 2023 13:22
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Sübhan Ağayevin cari il 28 fevralda ölməsi faktı ilə bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 293.2-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi ilə cinayət işi başlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Hazırda iş üzrə ibtidai istintaq davam edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər