24 Aprel 2023 23:45
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlumat verildiyi kimi, Bakı şəhəri, Yasamal rayonu, İsfəndiyar Zülalov küçəsində beşmərtəbəli yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

FHN-dən Teleqraf.com-a bildirilib ki, yanğın nəticəsində beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində taxta konstruksiyalardan ibarət 3 eyvan ümumilikdə təxminən 10m² sahədə, 5-ci mərtəbəsində 2 eyvan ümumilikdə 8m² sahədə və eyvanlardan otaqlara giriş qapı-pəncərələri yanıb. Yanğının genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilməyib.

Yanğın zamanı FHN Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən bina sakinləri operativ olaraq təxliyə edilib. Yanğın zamanı ölən və ya xəsarət alan olmayıb.

***

Beşmərtəbəli yataqxana binasında baş vermiş yanğın baş verdi, sakinlər təxliyə edildi.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Hadisə Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov küçəsində beşmərtəbəli yataqxana binasında baş verib.

Qeyd olunur ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğın binanın 4 və 5-ci mərtəbələrində qeydə alınıb.


Müəllif: Teleqraf.com