Sabirabadda 26 yaşlı qadın intihar edib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Moranlı kəndində qeydə alınıb.
Kənd sakini, 1996-cı il təvəllüdlü Cəfərova Fərqanə Salam qızı yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.
İntihar hadisəsinin səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.