Bakının Binəqədi rayonu ərazisində bıçaqlanma hadisəsi olub.
Teleqraf.com xəbər verir ki, 1992-ci il təvəllüdlü Gülnarə Allahverdiyeva ilə 1988-ci il təvəllüdlü Amil Əşrəfov arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib.
Bu zaman Gülnarə bıçaqla Amilə xəsarət yetirib.
Məlum olub ki, Gülnarə əvvəllər məhkumluq həyatı yaşayıb.
Faktla bağlı cinayət işi başlanılıb.