Mingəçevirdə 2 yaşlı uşaq bağçada ikinci mərtəbədən yıxılıb.
Teleqraf.com xəbər verir ki, hadisə "Energetiklər" yaşayış massivində 17 saylı Körpələr evi-uşaq bağçasında baş verib.
Nəzarətsiz qalan 2022-ci il təvəllüdlü Üfiq Tağılı bağçanın ikinci mərtəbəsindən yıxılıb. Yaralı uşaq təcili xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.