12 İyun 2023 08:54
267
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöldə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Göygöl rayon polis şöbəsinin və Sarısu polis bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayında rayonun Pənahlılar kəndindəki vətəndaşa məxsus un dəyirmanından ümumi dəyəri 4700 manat olan motor və digər ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən Göygöl rayon sakini Samir Əmirov və Goranboy rayon sakini Umud Yusibov saxlanılıb.

Şübhəli şəxslərin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, onlar iyun ayının 6-da və 7-də ayrı-ayrı vətəndaşlara məxsus ümumilikdə 18 baş xırdabuynuzlu heyvanları da oğurlayıblar.

Faktlarla bağlı Göygöl rayon polis şöbəsində cinayət işi başlanıb.

Araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov