Ağdamda tapılan kütləvi məzarlıqla bağlı araşdırma aparılır.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
İyunun 19-u saat 09 radələrində Ağdam rayonunun işğaldan azad olunmuş Sarıcalı kəndi ərazisində mina təmizləmə işləri aparılan zaman insan sümüklərinə bənzər sümük fraqmentləri aşkar edilib.
Faktı üzrə Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Ağdamda tapılan kütləvi məzarlıq azad edilmiş ərazilərdə aşkarlanan sayca 8-ci məzarlıqdır.