Astara rayonunda fəhlənin faciəli şəkildə ölümü ilə bağlı araşdırma başlanılıb.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
İyunun 16-sı saat 09 radələrində 1961-ci il təvəllüdlü Firudin Zeynalov Astara rayonun Pensər kəndindəki mağazalardan birinin həyətində diskli kəsici alətlə (laqonda) işləyərkən val yerindən çıxaraq sifət nahiyəsini kəsib və nəticəsində aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.