Bakının Sabunçu rayonunda 60 yaşlı kişi özünü qatarın altına atıb.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Malik Məlikov özünü hərəkətdə olan qatarın altına atması nəticəsində xəsarət alıb.
O, xəstəxanaya yerləşdiriliib. Müayinə zamanı ona sağ qolun amputasiyası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.