İyulun 17-si saat 14 radələrində İsmayıllı rayonun Təzəkənd kəndi ərazisində 1988-ci il təvəllüdlü Aytən Bədəlovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Teleqraf.com-a İsmayıllı rayon Prokurorluğundan bildirilib.
İlkin araşdırma zamanı 1985-ci il təvəllüdlü Etibar Bədəlovun arvadı Aytən Bədəlovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Etibar Bədəlov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində tutulub.
Fakta görə İsmayıllı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. İbtidai istintaq davam edir.
***
15.27
İyulun 17- də saat 14 radələrində İsmayıllı rayonu Təzəkənd kəndində 1988-ci il təvəllüdlü Bədəlova Aytən Etibar qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1985-ci il təvəllüdlü Bədəlov Etibar Əbülfəz oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə cinayət hadisəsi ailə münaqişəsi zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.
***
14.54
İyulun 17-də, saat 14 radələrində İsmayıllı rayonunun Təzəkənd kəndində 1988-ci il təvəllüdlü Aytən Bədəlovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Hazırda faktla bağlı araşdırma aparılır.