25 İyul 2023 11:08
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 20-də İsmayıllı rayonunun Diyallı kəndi ərazisində 25-40 yaşlarında olduğu ehtimal edilən naməlum kişi meyiti aşkar edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, kimliyi istintaqa məlum olmayan şəxsin üzərində yaxasında ağ zolaqlar olan qara rəngli köynək, açıq göy rəngli şalvar və 39 ölçüdə qara ayaqqabı olub.

“Bu şəxs barəsində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin “102 Xidməti-Zəng Mərkəzi”nə, həmçinin İsmayıllı rayon polis şöbəsinin (050) 280-45-00 və (050) 775-75-74 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur” – deyə məlumatda qeyd olunub.


Müəllif: Hacı Zeynalov