29 İyul 2023 15:55
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvanda dini mərasimə qatılan azyaşlıların valideynləri məsuliyyətə cəlb edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, sosial şəbəkələrdə Naxçıvan MR Babək rayonu Nehrəm qəsəbəsində azyaşlılardan ibarət dini mərasimi əks etdirən görüntülər araşdırılıb.

Həmin mərasimdə iştirak edən azyaşlıların valideynləri polis əməkdaşları tərəfindən müəyyən olunaraq barələrində məsuliyyət tədbirləri görülüb.

"İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək vətəndaşlarımızı tədbirləri anlayışla qarşılamağa çağırır və qabaqcadan təşəkkürlərimizi çatdırırıq", - məlumatda deyilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər