10 Yanvar 2015 17:26
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Şura sessiyasının vaxtını və yerini təyin edə bilmir.

Teleqraf.com xəbər verir ki, bunu adının çəkilməsini istəməyən Milli Şura üzvü deyib. Onun sözlərinə görə, hələlik yanvarın ilk on günlüyündə qurumun Koordinasiya Mərkəzinin toplantısı keçirilməyib. Bunun səbəbi bəlli deyil.

Mənbə bildirib ki, ilkin rəy belədir ki, bu ay ərzində Milli Şuranın sessiyası keçirilsin və sessiyada parlament seçkilərində iştirak və onun formatı haqqında müzakirələr aparılsın. Ancaq hələlik sessiyanın keçirilib-keçirilməyəcəyi bəlli deyil.

Əvvəla, sessiyanı keçirmək üçün məkan yoxdur. KXCP və Müsavatda bu tədbir keçirilməyəcək. Hər iki partiya yer verməkdə problem görməsə də, Milli Şura rəhbərliyi bunu istəmir. Problemi həll etmək isə hələlik mümkün deyil. Odur ki, sessiyanın keçirilməməsi ehtimalı daha yüksəkdir.


Müəllif:

Oxşar xəbərlər