Gürcüstanda torpaq sürüşməsi nəticəsində itkin düşən 18 yaşlı azərbaycanlı Samirə İsayevanın meyiti tapılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə onun qardaşı İsgəndər İsayev bildirib.
Qeyd edək ki, torpaq sürüşməsi avqustun 3-də günorta saatlarında Gürcüstanın qərbindəki Şovi kurort bölgəsində baş verib. Təbii fəlakət nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.