Xaçmaz rayonunda 43 yaşlı kişi dənizdə batıb.
Teleqraf.com xəbər verir ki, hadisə Nabran kəndində qeydə alınıb.
Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü İsmayılov Emin Tofiq oğlunun meyiti rayon ərazisindəki çimərlikdən tapılıb.
E.İsmayılovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.