Balakən Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Gürcüstan istiqamətindən Azərbaycan Respublikası ərazisinə daxil olan yük nəqliyyat vasitəsinə “Mazımqara” gömrük postunda kinoloji xidmət itinin tətbiqi ilə gömrük baxışı keçirilib.
Teleqraf.com Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, yoxlama zamanı nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən müxtəlif markalı 2800 ədəd siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.